İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə dəhşətli qəza: ölənlər və xeyli sayda yaralı var

1060 01.05.2023 08:35 Hadisə A A

Türkiyənin Bursa şəhərində tələbələri daşıyan tur avtobusunun aşması nəticəsində 3 nəfər ölüb, 44 nəfər yaralanıb.

Bu barədə Musavat.com “Haber Global”a istinadən xəbər verir.

Hadisə yerinə təcili yardım cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb.

Bursa valisi Yakup Canbolat avtobusun maneəyə çırpılaraq aşdığını bildirib.

O, qeyd edib ki, hadisə zamanı avtobusda 47 nəfər olub. Onlardan 3-ü müəllim, 2-si sürücü olub. Sərnişinlər arasında müəllimlərin övladları da olub: “İndiyə qədər əldə etdiyimiz məlumata görə, qəza zamanı sürücü və 2 tələbə həyatını itirib".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR