İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə ağır yol qəzası: 15 nəfər...

522 17.03.2024 10:34 Dünya A A

Türkiyənin Kırşəhər şəhərində avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi 15 nəfərin yaralanması ilə nəticələnib.

Bu barədə “TRT Haber” bildirib.

Qeyd olunub ki, Ankaradan Kayseriyə hərəkət edən sərnişin avtobusunun şəhərin Mucur rayonu ərazisində xəndəyə aşıb.

Qəzada yaralanmış sürücü də daxil olmaqla 15 nəfər Mucur və Kırşehirdəki xəstəxanalara aparılıb.

Yaralıların həyati təhlükəsinin olmadığı açıqlanıb./Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR