İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə ağır qəza: Çox sayda yaralı var - FOTO

824 17.12.2023 03:50 Dünya A A

Türkiyənin Manisa şəhərinin Şehzadeler rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yol qəzasında 5-i ağır olmaqla 17 nəfər yaralanıb. Məlumata görə, fabrik işçilərini daşıyan mikroavtobus zibil maşınına çırpılıb.

Hadisə yerinə tibb, polis və yanğınsöndürmə briqadaları cəlb edilib.

Mikroavtobusunda sıxışan bəzi yaralılar xilasetmə qrupları tərəfindən çıxarılıb. 17 yaralı təcili yardımla ətrafdakı xəstəxanalara göndərilib. Onlardan 5-nin vəziyyətinin ağır olduğu bildirilib.

Qəza ilə bağlı araşdırmalar davam edir./BAKU.WS

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR