İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə 2 gəmi toqquşdu - itkilər...

884 17.09.2023 18:57 Region A A

Rusiyadan gələn yük gəmisi İstanbul sahillərində konteyner gəmisi ilə toqquşub.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi məlumat yayıb.

Məlumata görə, hadisə Mərmərə dənizindəki Ahırkapı körpüsündə baş verib. Rusiyadan gələn 228 metr uzunluğundakı “New Legend” yükdaşıyıcısı ilə 141 metr uzunluğundakı “Elbsun” konteyner gəmisi arasında toqquşma baş verib.

Sahil mühafizəsinin məlumatına görə, Honkonq bayrağı ilə üzən “New Legend” Rusiyadan Malayziyaya gedirmiş. Konteyner gəmisi Portuqaliya bayrağı altında üzürmüş. Hadisə nəticəsində itkilərin olmadığı bildirilir.

Bundan əvvəl Tuluza şəhərindən Rusiyaya gedən quru yük gəmilərindən biri mühərrikində nasazlıq səbəbindən İstanbulun Ahırkapı limanına aparılmalı olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR