İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə XİN Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı BƏYANAT YAYDI

1230 20.04.2024 16:02 Siyasət A A

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan Sərhədinin Delimitasiyası Komissiyasının əldə etdiyi Razılaşma ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

"Biz Azərbaycan-Ermənistan Sərhədinin Delimitasiyası Komissiyasının 2024-cü il aprelin 19-da keçirilən iclasında 30 ildir işğal altında olan 4 kəndin Azərbaycana qaytarılması və delimitasiya işlərinin davam etdirilməsi ilə bağlı əldə olunan razılığı alqışlayırıq.

Birbaşa danışıqlar yolu ilə əldə edilən bu müsbət inkişaf yekun sülh sazişinin imzalanması istiqamətində mühüm addımdır".//APA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR