İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə vətəndaşı İrəvanda dava salıb?  

914 06.01.2023 17:37 Region A A

Erməni mediası iddia edir ki, İrəvanda Türkiyə vətəndaşı “Dali” diskoteka klubunun qapısını sındıraraq qonaqlara hücum edib, həmçinin patrul avtomobilinə xətər yetirib.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. Məlumata görə, yanvarın 3-də Arina Berdi küçəsində baş verən hadisənin ardınca patrul əməkdaşları həmin vətəndaşı yerindəcə zərərsizləşdirərək Erebuni polis şöbəsinə aparıblar. Həmin şəxsin Türkiyə Respublikası vətəndaşı olan 31 yaşlı Bilal Atay olduğu iddia olunur. Faktla bağlı cinayət işi başlanılıb. Kluba dəymiş ziyanın məbləği dəqiqləşdirilir. Hələlik Türkiyə tərəfdən bu iddia ilə bağlı reaksiya yoxdur.

Məsələyə şərh verənlər bildirirlər ki, Türkiyə vətəndaşının heç bir səbəb olmadan belə bir hərəkətə yol verməsi inandırıcı görünmür, erməni tərəf isə məsələyə aydınlıq gətirmir.  

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR