İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə şirkətləri Rusiya bazarına axışır

880 05.10.2023 13:22 Son xəbər A A

2023-cü ilin əvvəlindən Rusiyada 16 xarici istehlak malları markası fəaliyyətə başlayıb.

Musavat.com RBK-ya istinadən xəbər verir ki, “NF Group” konsaltinq şirkətinin (keçmiş “Knight Frank”) hesablamalarına əsasən, bu, 2019-cu ildən bəri rekord göstəricidir.

2019-cu ildə Rusiyaya 26 yeni xarici pərakəndə oyunçu gəlmişdi. Ondan sonra hər il yeni xarici şirkətlərin sayı azalıb. Belə ki, 2020-ci ildə onların sayı 13, 2021-ci ildə 15, 2022-ci ildə isə 11 olub.

2023-cü ildə Rusiyaya gələn yeni xarici şirkətlərin əksəriyyəti Türkiyənin geyim, ayaqqabı və məişət malları brendləridir. “NF Group”un məlumatına görə, 2023-cü ildə ölkədə “orta” və “ortadan yuxarı” qiymət seqmentlərində fəaliyyət göstərən 9 belə şirkət yaranıb. Daha 3 şirkət Belarusdandır. Həmçinin Avstraliyadan idman geyimləri satan mağaza, Qırğızıstan, Cənubi Koreya və Estoniya şəbəkələri Rusiya bazarına daxil olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR