İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Rusiyadan taxıl alışını azaldıb

394 09.01.2024 23:29 Dünya A A

Türkiyə 2023/2024-cü kənd təsərrüfatı ilinin birinci yarısında Rusiyadan taxıl alışını azaldıb.

Taxıl İxracatçıları İttifaqının məlumatına görə, qardaş ölkə 2023-cü ilin iyul-dekabr aylarında Rusiyadan 4 milyon 281 min ton taxıl alıb. Bu, ötən kənd təsərrüfatı ilinin eyni dövrü ilə müqayisədə (4 milyon 903 min ton) 12,7 faiz azdır. Buna baxmayaraq, Türkiyə yenə Rusiya taxılının ən böyük alıcısı olaraq qalıb.

Altı ayda İran Misiri sıxışdıraraq ikinci yerdə qərarlaşıb. O, 3 milyon 902 min ton taxıl alıb ki, bu da ötən illə müqayisədə (3 milyon 718 min ton) 4,9 faiz çoxdur.

İlk üçlüyü bağlayan Misir Rusiyadan 2 milyon 956 min ton taxıl idxal edib ki, bu da keçən illə müqayisədə (3 milyon 923 min ton) az qala 25 faiz azdır.

Əsas alıcıların ilk beşliyində həmçinin alışlarını 10,2 faiz artıraraq 1 milyon 823 min tondan 2 milyon 009 min tona yüksəldən Səudiyyə Ərəbistanı və 1 milyon 966 min ton ixrac qeydə alınan Banqladeş də var. Bu, bir il əvvəlkindən (793 min ton) təxminən 2,5 dəfə çoxdur.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR