İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Qara dənizdəki qaz yataqlarını qiymətləndirir

683 15.06.2022 12:44 İqtisadiyyat A A

Türkiyə Qara dənizdəki yataqların qaz ehtiyatlarının qiymətləndirilməsinə başlayıb.

“APA-Economics” “Yeni Şafak”a istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.

Onun sözlərinə görə, ölkə rəhbərliyi diqqətini “Sakarya” qaz yatağına yönəltdiyindən söhbət onun ilkin hasilat üçün hazırlanmasından gedir.

"Seysmik tədqiqatlar, yəni yeraltı çəkilişlər, tədqiqat işlərimiz də davam edir və müsbət rəylər var", - nazir bildirib.

O, həmçinin əlavə edib ki, 2005-ci ildən 2015-ci ilə qədər 6-7 beynəlxalq neft şirkəti tərəfindən qazma işləri aparılıb, lakin kəşfiyyatla bağlı içər görülməyib.

"Biz indi bu sahələri yenidən qiymətləndiririk. Bu, bizim üçün yeni üfüqlər açacaq. Ümid edirəm ki, bu, yeni xoş xəbərlər üçün qapı açacaq, biz buna inanırıq, bir az daha səbirli olmalıyıq", - nazir bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR