İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Qara dənizdə sualtı kəmərin tikintisinə başladı

759 13.06.2022 22:33 İqtisadiyyat A A

Türkiyə Qara dənizdə aşkarlanan “Sakarya” qaz yatağından hasil ediləcək qazı quruya daşıyacaq sualtı kəmərin borularının düzülməsinə başlayıb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu münasibətlə keçirilən təntənəli mərasimdə Türkiyə prezidenti Recep Tayyip Erdoğan da iştirak edib.

Mərasimdə çıxış edən prezident Türkiyənin öz enerji resurslarını əldə etməsi üçün mühüm addımların atıldığını deyib: “Biz Qara dənizdə son dərəcə vscib olan qaz hasilatında belə əhəmiyyətli mərhələyə gəlib çatdır. 2023-cü ilin birinci rübündə bizim qazpaylayıcı sistemimizə yataqdan gündə 10 milyon kubmetr qaz daxil olacaq. Biz ümid edirik ki, “Sakarya”da hasilatın piki 2026-cı ildə qeydə alınacaq”. Türkiyə prezidenti yatağın kəşfi və işlənməsinin tamamilə daxili resurslar hesabına həyata keçirildiyini xüsusi vurğulayıb: “Biz energetikaya gərginlik və qarşıdurma səhnəsi kimi deyil, regional əməkdaşlığın açarı kimi baxırıq. Bizim Qara dənizin enerji ehtiyatlarının kəşfiyyatına başlayacaq qazma gəmisi “Əbdülhəmid Xan” adlanacaq".

R.T.Erdoğanın verdiyi məlumata görə, “Dunay 1” perspektiv strukturunda yerləşən “Sakarya” yatağının potensial ehtiyatları 405 milyard kubmetr təşkil edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR