İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə israr edir - İsveç terrorçuları verməlidir

667 09.11.2022 12:42 Dünya A A

İsveç öz təhlükəsizliyi üçün NATO-ya üzv olmaq istəyir, biz də öz təhlükəsizliyimizə aid narahatlıqlarımızı dəstəkləyən bir İsveç görmək istəyirik...İsveç tərəfi Türkiyə qarşısında götürdüyü bütün öhdəliklərə əməl edəcək. Xüsusilə də terrorla mübarizə məsələsində çox böyük addımlar atılacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İsveçin yeni Baş naziri Ulf Kristerssonun Ankarada birgə keçirdikləri mətbuat konfransında liderlər tərəfindən ifadə olunub.

“NATO üzvlüyünün bizim üzərimizə qoyduğu, çiynimizə yüklədiyi məsuliyyəti bilirik”,-deyə fikirlərinə davam edən Baş nazir Türkiyənin terrorizmlə mübarizə məsələsində tələblərinin tam başa düşülən olduğunu bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan isə bir daha göstərib ki, Türkiyə terrorizmlə mübarizədə İsveç qarşısında irəli sürdüyü tələblərin yerinə yetrilməsində israrlıdır.

Xatırladaq ki, Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsində Türkiyənin ortaya qoyduğu tələblər hazırda şimal hərbi alyansı ətrafında cərəyan edən ən aktual mövzular sırasındadır. İllərdən bəri Türkiyənin FETÖ və PKK üzvləri başda olmaqla terrorçuluqda ittiham etdiyi şəxsləri geri almaq tələbləri göz ardına vurulub. İndi isə zaman və şərait dəyişib. Qarşı tərəflər terrorçuların təhvil verilməsi üçün qanunverici bazalarında dəyişiklik etməyin mümkünlüyünü belə nəzərdən keçirməyə başlayıblar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR