İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə İranla sərhədində 173 kilometrlik divar hördü

1034 17.06.2024 21:24 Dünya A A

Türkiyənin Van əyalətində İranla sərhəddə tikilən təhlükəsizlik divarının 173 kilometrlik hissəsi nartıq hazırdır. Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, divarın 163 kilometrlik hissəsinə isə 3 sıra tikanlı məftil çəkilib.

İranla ən uzun sərhədi olan Vanda qeyri-qanuni keçidlərin və qaçaqmalçılığın qarşısını almaq üçün təhlükəsizlik tədbirləri artırılıb. Sərhəd təhlükəsizliyi tədbirlərini gücləndirmək üçün bu ərazidə üç sıra tikanlı məftillər çəkilib.

Uzunluğu 295 kilometr olan Türkiyə-İran sərhədi boyu təhlükəsizlik divarının tikintisi davam edir. Ordu artıq 173 kilometrlik hissə boyunca beton divar quraşdırıb və hazırda qalan hissələrdə işləyirlər. Divarın tikintisi qeyri-qanuni fəaliyyətin və terrorçuların sızmasının qarşısının alınması tədbirləri çərçivəsində həyata keçirilir. Heyətlər beton divarın 163 kilometrlik hissəsi boyunca üç sıra tikanlı məftillər çəkib, 347 kilometr xəndək qazıb və zədələnmiş əraziləri təmir edirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR