İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə HHQ İraq və Suriyada partizanlara zərbə endirib

469 14.01.2024 12:00 Dünya A A

Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, İraq və Suriyanın şimalında terrorçu hədəflərə qarşı hava əməliyyatları zamanı 25 hədəf məhv edilib, çoxlu sayda terrorçu zərərsizləşdirilib.

Musavat.com “Anadolu” agentliyinə istinadan xəbər verir ki, Türkiyənin hərbi hava qüvvələri PKK/KSK və digər terrorçu ünsürləri zərərsizləşdirməklə İraqın şimalında və Suriyada əhaliyə və təhlükəsizlik qüvvələrinə qarşı terror hücumlarının qarşısını almaq və sərhəd təhlükəsizliyini təmin etmək məqsədilə Metina bölgələrində əməliyyat keçirib.

“Hava əməliyyatları zamanı separatçı terror təşkilatının istifadə etdiyi mağaralar, bunkerlər, sığınacaqlar, neft obyektləri və anbarlar da daxil olmaqla ümumilikdə 25 obyekt məhv edilib. Obyektlərdə terrorçuların olduğu güman edilir”, – Türkiyə Müdafiə Nazirliyindən aydınlıq gətirilib.

İdarədən bildirilib ki, əməliyyatlar zamanı mülki əhaliyə, tarixi-mədəni dəyərlərə və ətraf mühitə dəyən ziyanın qarşısının alınması üçün bütün ehtiyat tədbirləri görülüb.

Türkiyə yanvarın 12-də İraqdakı türk hərbi bazasına hücumda 9 əsgərin ölümündən bir gün sonra İraq və Suriyadakı kürd yaraqlılarına qarşı hava hücumlarına başlayıb.

Yanvarın 13-də İstanbulda prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə təhlükəsizlik məsələləri ilə bağlı toplantı keçirilib.

Görüşün ardınca Türkiyənin cənub sərhədləri boyu heç bir bəhanə və səbəblə terror təşkilatı yaradılmasına qəti şəkildə icazə verməyəcəyi barədə bəyanat verilib.

“Açıq şəkildə bildiririk ki, Türkiyə Cümhuriyyəti terror təşkilatı PKK/YPG/KCK və onun havadarlarına qarşı mübarizəni davam etdirir. Məkrli terror hücumundan sonra başladılan əməliyyat çərçivəsində 36-sı İraqın şimalında, 9-u Suriyanın şimalında olmaqla ümumilikdə 45 terrorçu zərərsizləşdirilib. Bu mübarizə son terrorçu zərərsizləşdirilənə və İraq və Suriyadakı terror bataqlıqları tamamilə qurudulana qədər davam edəcək”, - deyə bəyanatda vurğulanır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR