İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Futbol Federasiyası "İstanbulspor"a ciddi cəza təyin edib

712 24.12.2023 23:36 İdman A A

Türkiyə Super Liqasının XVII turunda keçirilən "İstanbulspor" - "Trabzonspor" matçında baş verən qalmaqalla bağlı qərar verilib.

Oyunun 73-cü dəqiqəsində, hesab 1:1 olarkən İstanbul klubunun prezidenti Ecmel Faik Sarıalioğlu hakim idarəçiliyinə etiraz edərək komandanı meydandan çıxarıb.

Türkiyə Futbol Federasiyasının çıxardığı qərara əsasən, "İstanbulspor"un 3 xalı silinib və komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub prezidenti Ecmel Faik Sarıalioğlu 3 aylıq futboldan uzaqlaşdırırlıb. O, 750 min lirə cərimə də edilib.

Həmçinin, azarkeşlərin davranışına görə "İstanbulspor" növbəti ev oyununu boş tribunalar qarşısında keçirməli olacaq.//APA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR