İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə fələstinlilərlə bağlı razılaşmanı TƏKZİB ETDİ

2172 07.11.2023 14:24 Dünya A A

Türkiyə Prezident Administrasiyasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi İsraillə 2 milyard dollar müqabilində 1 milyon fələstinlinin qəbulu ilə bağlı razılaşmanın olmasına dair iddiaları təkzib edib.

Musavat.com xəbər verir ki, bu barədə Mərkəz "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

Mərkəzdən verilən açıqlamada qeyd edilib ki, bəzi sosial media hesablarında yer alan “Netanyahudan açıqlama: 2 milyard dollar müqabilində 1 milyon fələstinlinin Türkiyə vətəndaşı olması üçün Ərdoğanla razılaşdıq” iddiası doğru deyil:

"Prezidentimizin bu istiqamətdə görüşü, İsrailin baş naziri Benyamin Netanyahunun isə belə bir bəyanatı yoxdur. İddialar tamamilə uydurmadır".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR