İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Çinlə nüvə enerjisi sahəsində əməkdaşlıq qurur

515 22.05.2024 01:06 Dünya A A

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Çinə səfər edib. O, səfər zamanı nüvə və bərpa olunan enerji, həmçinin kiçik modul reaktorların istehsalı sahələrində əməkdaşlıq perspektivlərini müzakirə edib.

Musavat.com xəbər verir ki, bu barədə nazir özünün X hesabında məlumat paylaşıb.

Çində danışıqlar zamanı nazir “CNOS şirkətinin (Çin Milli Nüvə Korporasiyası CNNC-nin bölməsi) nümayəndələri ilə Türkiyədə adi və kiçik modul reaktorların tikintisi məsələlərini” müzakirə edib. Alparsan Bayraktar həmçinin CATL (Contemporary Amperex Technology Company Limited, yanacaq hüceyrəsi istehsalçısı) şirkəti ilə Türkiyədə akkumulyator istehsalı zavodunun qurulması üçün müxtəlif investisiya modelləri ilə bağlı məsləhətləşmələr aparıb.

Səfər çərçivəsində Çin Mühəndislik Korporasiyası TCC-nin rəhbərliyi ilə Türkiyə ərazisində sənaye üçün mühüm əhəmiyyət kəsb edən faydalı qazıntıların və nadir torpaq metallarının hasilatına investisiya qoyuluşu məsələsi ilə bağlı da danışıqlar aparılıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR