İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə, Çin və Hindistan 2022-ci ildə Rusiya ilə ticarət profisiti üzrə lider olublar

533 05.05.2023 12:00 İqtisadiyyat A A

Rusiya 2022-ci ilin yazından bəri Avropa İttifaqı, Türkiyə, Çin və Hindistanla ticarətdə qeyri-adi dərəcədə böyük profisit toplayıb.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, rəsmi statistikaya görə, Rusiya 137,8 dollardan çox mənfəət əldə edib. Türkiyə, Çin və Hindistan üçün göstəricilər müvafiq olaraq 49,5 milyard dollar, 38 milyard dollar və 31,8 milyard dollar təşkil edib. ABŞ və Rusiya 13,3 dollar dəyərində mənfəət sahibi olub.

2021-ci illə müqayisədə bu göstərici 6,4 dəfə artıb. 2023-cü ildə bu süjet davam edir: 2023-cü ilin birinci rübündə Rusiyadan Hindistana daşınmalar 14,9 milyard dollara, Hindistandan daşınmalar isə 1 milyard dollardan az olub.

"Rusiya-Hindistan ticarəti üzrə keçən il bəzi anomaliyalar müşahidə olunub. Bunun xarakteri yaxşı başa düşülür: Rusiya neftinin ixracı əhəmiyyətli dərəcədə məhz bu ölkəyə yönəldilib", - RANXIGS beynəlxalq ticarət tədqiqat mərkəzinin direktoru Aleksandr Knobel bildirib.

Digər ölkələrdə anomaliya aşkar edilməyib.

Rusiya və MDB-nin “Renessans Capital” iqtisadçısı Sofya Donets etiraf edib ki, profisitlə bağlı vəziyyət bu ilin yekunlarına görə əhəmiyyətli dərəcədə dəyişəcək. O hesab edir ki, Asiya istiqamətinə yönəldilmiş ixracın azalması hesabına Avropa ilə profisit əhəmiyyətli dərəcədə azalacaq.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR