İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə BMT ilə birgə VACİB TƏKLİF hazırlayır

439 10.01.2024 14:33 Dünya A A

Türkiyə və BMT ehtiyacı olan ölkələrə ərzaq çatdırılması üçün təkliflər hazırlayır.

Musavat.com xəbər verir ki, bu barədə "RİA Novosti" Ankaradakı danışıqlarda iştirak edən mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Ankara bu mövzuda Moskva ilə əlaqə saxlayır.

"BMT bizimlə ehtiyacı olan ölkələrin ərzaq probleminin həlli üçün bir sıra təkliflər hazırlayır. Zaman-zaman texniki müstəvidə danışıqlar və razılaşmalar aparılır", - agentliyin adı açıqlanmayan həmsöhbəti bildirib.

Taxıl müqaviləsini ilkin formada bərpa etməyin mümkün olub-olmaması ilə bağlı suala, agentliyin mənbəsi bunun “çox çətin” olduğunu bildirib.

"Hərbi əməliyyatların davam etdiyi şəraitdə bu, çox çətindir. Amma Ankaranın səyləri davam edir", - o əlavə edib.

Qeyd edək ki, Rusiya 2023-cü il iyulun 18-də şərtlərini yerinə yetirmədiyini bəyan edərək, taxıl sazişindən çıxıb. Sentyabrda BMT-nin baş katibi Antonio Quterreş Rusiyanın xarici işlər naziri Sergey Lavrova müqavilənin bərpası təklifləri ilə məktub göndərib. Lavrov bildirib ki, BMT-nin sazişi canlandırmaq səyləri heç bir nəticə verməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR