İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə-Azərbaycan dostluğunu yaşadacaq park - FOTO/VİDEO

741 24.07.2022 21:04 Sosial A A

Xəbər verdiyimiz kimi, iyulun 23-də Türkiyə Uşaq Oyunları Federasiyasının başqanı, qardaş ölkənin nüfuzlu iş adamı Mehmet Mutlu, Ərzurumdan olan millət vəkili, professor Mustafa İlıcalı və qardaş ölkədən gələn digər qonaqlar Qazax şəhərində olublar.

Musavat.com-un məlumatına görə, Uşaq Oyunları Federasiyası Qazax rayonu, Heydər Əliyev prospektində Qarabağ şəhid və qazilərimizin övladları və ümumilikdə bütün uşaqlar üçün nəzərdə tutulan oyun parkının açılış tədbirini həyata keçirib.

Açılış mərasiminə Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk də qatılıb. 

Türkiyə Uşaq Oyunları Federasiyasının başqanı Mehmet Mutlu bildirib ki, gələcək nəsillər bizim qardaşlıq əlaqələrimizi yüksək səviyyəyə daşıyacaq. 

Tədbir bayram konserti ilə davam edib.

Ətraflı video və fotolarda:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR