İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə 4 il öncəki fınalın heyfini çıxdı və çempion oldu - VİDEO

1628 04.09.2023 02:22 İdman A A

Türkiyənin qadınlardan ibarət milli komandası voleybol üzrə Avropa çempionatının final oyununda Serbiya komandasını məğlub edərək ilk dəfə turnirin qalibi olub.

Musavat.com xəbər verir ki, qarşılaşma Belçikanın paytaxtı Brüsseldə baş tutub.

Oyun 3-2 (25:27, 25:21, 22:25, 25:22, 15:13) hesabı ilə Türkiyə komandasının xeyrinə başa çatıb. Bürünc medalları üçüncü yer uğrunda görüşdə italyanları məğlub edən Niderland yığması qazanıb - 3:0 (25:23, 28:26, 25:20).

Serbiya və Türkiyə yığmaları Avropa çempionatının finalında ikinci dəfə üz-üzə gəlib. 2019-cu ildə serbiyalılar üstün olublar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR