Məşhur türkiyəli aktrisa Türkan Şoray 51 ildən sonra Moskvaya gedib.
“Qafqazinfo” xəbər verir ki, o bu haqda sosial media hesabında paylaşım edib.
Sənətkar Rusiyanın paytaxtında türkiyəli şair Nazim Hikmətin 122 illiyi münasibətilə “Fərhad və Şirin” filminin qala gecəsində iştirak edib.
Sosial mediada isə T. Şorayın 1973-cü ildə Moskvada Qırmızı meydanda çəkdirdiyi foto ilə 2024-cü ildəki müqayisəli şəkildə paylaşılıb və böyük marağa səbəb olub.
![](https://qafqazinfo.az/uploads/1707121846/417486068_232656446586538_9063934355795136484_n.jpg)
![](https://qafqazinfo.az/uploads/1707121846/sorayturkan1_1707121560436.jpeg)