İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk dünyasında BİR İLK - Kıbrıs Türk Dövlətinin prezidenti Bakıya gəlir

1723 11.10.2023 13:12 Siyasət A A

Türk dünyasında və tarixdə ilk dəfə olaraq Kuzey Kıbrıs Türk dövlətinin rəhbər heyəti, prezident Ersin Tatar başda olmaqla Azərbaycana səfər edəcək.

Musavat.com-a verilən özəl məlumata görə, bu səfər 12-14 oktyabr tarixində gerçəkləşəcək.

Səfərdə Kıbrıs Türk Dövlətinin (KTD) prezidentini nazirlər, iş adamları, turizm sektorunda söz sahibi olan yüksək səviyyəli menecerlər, hotellərin idarəçiləri və sahibləri, universitet rektorları və digər səlahiyyətli nümayədələr müşayiət edəcəklər.

Səfər dönəmində Kuzey Kıbrıs günləri keçiriləcək və “Hilton” hoteldə müxtəlif tanıtım stendləri quraşdırılıb, ölkə ictimaiyyətinə, mediaya mesajlar veriləcək. Kıbrıs Türk Dövləti günlərinin Azərbaycanda açılışını KTD-nin prezidenti Ersin Tatar həyata keçirəcək.

EYLÜL.jpeg (104 KB)

Heyətin içərisində yer alan “Pasha Hotels”in baş meneceri Eylül Özbilen Musavat.com-a bildirdi ki, biz üç dövlət və bir millət inancı ilə hərəkət edir, Bakıya gəlməkdən böyük məmnunluq və həyəcan duyuruq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR