İnsanlara hürriyət, millətlərə istiqlal!

“Turan Tovuz”un futbolçusu DÇ-2026-ya gedir

803 27.05.2026 03:48 İdman A A

"Turan Tovuz" müdafiəçisi Roderik Miller Panama millisinin heyətində DÇ-2026-ya dəvət alıb.

Bu barədə Tovuz təmsilçisi sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, Panama yığmasının baş məşqçisi Tomas Kristiansen Amerika Birləşmiş Ştatları, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatında iştirak edəcək yekun heyəti açıqlayıb. Siyahıda ölkəmizdə çıxış edən Roderik Millerin də adı yer alıb.

Qeyd edək ki, bu dəvətlə Miller Azərbaycan futbolunun tarixinə keçib. Belə ki, təcrübəli müdafiəçi Azərbaycan Premyer Liqasında çıxış edərək dünya çempionatına vəsiqə qazanan və turnirə dəvət alan ilk futbolçu olub.//Milli.Az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR