İnsanlara hürriyət, millətlərə istiqlal!

Tural Abbaslı: “Səfirliklərə hücum edib insanları qətlə yetirmək İran üçün adətə çevrilib”

688 27.01.2023 15:24 Siyasət A A

 

“Artıq uzun müddətdir ki, İranın müxtəlif səviyyədə olan siyasiləri, güc strukturları, hətta xarici işlər nazirliyi tərəfindən  Azərbaycan təhdid olunur, hədə-qorxu gəlinirdi. Bununla bağlı  kliplər də çəkilirdi”.

Bu sözləri AĞ Partiya sədri Tural Abbaslı Musavat.com-a açıqlamasında bildirib. Partiya sədri qeyd edib ki, bununla da İran Azərbaycanı öz tutduğu mövqedən yayındırmağa çalışıb:

“Bütün bu təhdidlər, sərhədimizdə keçirilən təlimlər və sairə ilə İran Azərbaycanı öz istədiyi istiqamətə yönləndirə biləcəyini düşünürdü. Lakin Azərbaycan əvvəlki Azərbaycan olmadığı üçün İrana layiqli cavab verib, ona yerini göstərdi. Hərbi təlimlərə, həmçinin əyalət mollarına qədər danışılan hər bir sözə cavab verildi.

Hələ də İranda Azərbaycan və Azərbaycan dövlətçiliyinin əleyhinə işlər görənlər, çıxış edənlər var. Azərbaycan tərəfi onları istəməsinə baxmayaraq, İran onları təhvil verməyib.

Bir müddət əvvəl Azərbaycanda İran casus şəbəkəsi ifşa olundu, müxtəlif təyinatlı məlumatların İrana ötürmələri ilə bağlı ayrı-ayrı şəxslər maddi sübutlarla həbs olundu. Görünür ki, İran artıq birbaşa Azərbaycana terror törətməyə başlayıb.

Qeyd edim ki, İranda bu adət çoxdan var. Belə ki, bu rejim qurulandan bəri İrandakı müxtəlif səfirliklərə hücum edilib, oradakı insanlar girov götürülüb, qətlə yetirilib.  Xatırlayırsınızsa, Amerika səfirliyi aylarla orada girovluqda saxlanılıb. 

Qətiyyən düşünmürəm ki, bu hücum təsadüfidir, özfəaliyyətdir. Hesab edirəm ki, bu terror aktı İranın xüsusi orqanları tərəfindən təşkil olunmuş hadisədir. 

Videogörüntülərdən də görürük ki, terrorçu çox peşəkarcasına, soyuqqanlı şəkildə səfirliyə daxil olur və məqsədi də insanları öldürmək olub. Yəni, təhdid etmir, hədə-qorxu gəlmir, birbaşa atəş açır, insanları qətlə yetirməyə çalışır.

Qeyd edim ki, bir müddət əvvəl Londondakı səfirliyimizə hücum zamanı da İran izi var idi. O zaman da İran bundan yayınmağa, guya ki, səfirliyimizi işğal edənlərin İranla əlaqəsi olmadığını, onların İranda da terror təşkilatı olduğunu demişdilər. Amma nədirsə, Azərbaycan səfirliklərinə hücum  bu və digər şəkildə İranla bağlı olur və nəhayət ki, öz paytaxtlarında Azərbaycan ərazisinə hücum edildi, Azərbaycan vətəndaşı qətlə yetirildi.

Bu terror aktını pisləyir və İrandan ciddi addımların atılmasını tələb edirik”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR