İnsanlara hürriyət, millətlərə istiqlal!

Tural Abbaslı: “Bu faciə Türkiyə qədər hər bir azərbaycanlını da çox sarsıtdı”

643 06.02.2023 14:01 Siyasət A A

 

“Bu faciə Türkiyə qədər hər bir azərbaycanlını da çox sarsıtdı. Çünki Azərbaycan Türkiyə, Türkiyə də Azərbaycan deməkdir”.

Bu sözləri AĞ Partiya sədri Tural Abbaslı Musavat.com-a açıqlamasında deyib. Partiya sədri qardaş ölkələrin hər zaman kədər və sevincdə bir yerdə olduğunu vurğulayıb:

“AĞ Partiya olaraq, zəlzələ baş verən ərazini Azərbaycanın hər hansı bölgəsindən fərqləndirmir, Türkiyə xalqına, dövlətinə, rəhbərliyinə öz başsağlığımızı bildiririk.

Azərbaycanla Türkiyə hər zaman sevincdə də, kədərdə də bir yerdədir. Bu baxımdan bu acı gündə də xalq olaraq Türkiyə xalqının yanındayıq.

Faciədə dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara təcili şəfa diləyir, yaxınlarını itirənlərə isə başsağlığımızı bildiririk. Xalqımıza, millətimizə, bütün türk dünyasına keçmiş olsun”.

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR