İnsanlara hürriyət, millətlərə istiqlal!

Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı

1720 19.06.2026 03:47 Ölkə A A

Xarici ölkələrə tur paketləri təşkil etmək vədi ilə vətəndaşların pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən şəxs barəsində beynəlxalq axtarış elan edilib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Şen Zülfüqar qızı Faida ilə bağlı dələduzluq əməlləri üzrə Xətai Rayon Polis İdarəsində cinayət işi başlanıb. Aparılan araşdırmalar zamanı onun ölkəni tərk etdiyi müəyyən edilib.

Hazırda faktla bağlı cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR