İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın Ukrayna üzrə sülh planı G20 zirvəsində müzakirə olunacaq - Starmer

638 22.11.2025 10:16 Siyasət A A

Ukraynanın dostları və tərəfdaşları Cənubi Afrikada keçiriləcək "İyirmilik Qrupu" (G20) sammiti çərçivəsində Tramp administrasiyasının münaqişənin həlli planını müzakirə etmək üçün görüşəcəklər.

Musavat.com xəbər verir ki, məlumatı Böyük Britaniyanın Baş naziri Keyr Starmer "Reuters" agentliyinə açıqlayıb. Onun sözlərinə görə, tərəflər "tam atəşkəsin təmin edilməsi" üçün "planı gücləndirməyin" yollarını araşdırmaq niyyətindədirlər.

Starmer əlavə edib ki, "səylərini Vaşinqton və Kiyevlə sıx əlaqələndirməyə davam edəcək".

G20 sammiti 22-23 noyabr tarixlərində Yohannesburqda keçiriləcək.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR