İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın "sülh planı" – Krımı və Donbası Rusiyaya vermək...

2929 10.03.2024 11:55 Dünya A A

ABŞ prezidentliyinə namizədliyini irəli sürməyi planlaşdıran eks-prezident Donald Tramp Ukraynadakı münaqişənin həlli planını hələ təqdim etməyib, lakin ABŞ-da mühafizəkar dairələrdə yayılan fikirlər onun necə görünə biləcəyini göstərir.

Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti “Trampın Ukrayna üçün gizli planı” başlıqlı məqaləsində yazır.

Keçmiş prezident daha əvvəl demişdi ki, yenidən seçiləcəyi təqdirdə münaqişəni 24 saat ərzində dayandırmaq niyyətindədir. “Bild” qeyd edir ki, Tramp “hələ təfərrüatları açıqlamayıb”.

“Lakin mühafizəkar dairələrdə (buraya Trampı prezidentliyə namizəd kimi təsdiq edən Respublikaçılar Partiyası da daxildir) bir vaxtlar bu siyasi mühitdə nüfuzunu genişləndirən milyarder İlon Maskın formalaşdırdığı əsas məqamlar var. Onlar şərt qoyurlar ki, Rusiya Krımı və digər əraziləri öz nəzarətində saxlayacaq və Kiyev “NATO-ya daxil ola bilməyəcək” - məqalədə deyilir.

“Bild” xatırladıb ki, Maskın səsləndirdiyi təkliflər Qərbdə “Kreml təbliğatı” kimi rədd edilib. “Lakin Trampın çevrəsi arasında bu cür “atəşkəs” konturları hələ də yayılmaqdadır”, – nəşr qeyd edib.

“Həmçinin qorxular var ki, Tramp ABŞ-ı NATO-dan çıxara və Avropanın müdafiəsindən imtina edə bilər – bu, Almaniya da daxil olmaqla, qitə üçün ciddi nəticələrə gətirib çıxarar. Ümumilikdə, Trampın Rusiya və Ukrayna arasında müharibədə kimin qalib gələcəyini heç vaxt deməməsi narahatedicidir. Onun susqunluğu çox şeydən xəbər verir”, - “Bild” yazır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR