ABŞ prezidenti Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmaq barədə verdiyi qərardan bir il sonra bu proses rəsmi olaraq başa çatdırılıb.
Musavat.com xəbər verir ki, ABŞ təşkilatı təxminən 260 milyon dollar məbləğində borcunu ödəmədən tərk edib.
Məlumata görə, ÜST-yə ayrılan bütün maliyyə vəsaiti dayandırılıb, təşkilatda çalışan amerikalı əməkdaşlar isə bütün ofislərdən və baş qərargahdan geri çağırılıb.
Bundan əlavə, ABŞ ÜST-nin rəhbər orqanlarında və təşkilatın himayəsi altında fəaliyyət göstərən işçi qruplarında iştirakını da tamamilə dayandırıb.
ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyi bildirib ki, ölkə ÜST çərçivəsində keçirilən proqramlarda və qərar qəbuletmə mexanizmində iştirak etmir.
Musavat.com






