İnsanlara hürriyət, millətlərə istiqlal!

"Trampın qanı tökülməlidir" deyən ayətullah Amoli öldürüldü?

1537 06.03.2026 15:54 Dünya A A

Ayətullah Abdulla Cavadi Amolinin ölümü ilə bağlı yayılan məlumatları Tehran qəbul etmir.

Musavat.com xəbər verir ki, tanınmış iranşünas Mixail Krutixin və bir sıra sosial media resursları ayətullahın öldürüldüyünü iddia etsə də, İranın rəsmi xəbər agentlikləri bu məlumatı "psixoloji müharibə" adlandırıb.

İranın "Fars" xəbər agentliyi ayətullahın ofisinə istinadən bildirib ki, Abdulla Cavadi Amoli sağ-salamatdır və fəaliyyətini davam etdirir. Xatırladaq ki, ayətullah bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Trampın və "sionistlərin" qanının tökülməsini vacib buyuran (cihad fətvası) sərt bəyanatla çıxış etmişdi. "Tasnim" agentliyinin yaydığı həmin müraciətdə Amoli: "Bizim torpağımız namusumuzdur. Sionistlərin və Trampın qanının tökülməsi imam Mehdinin kəlamıdır", - deyə bildirmişdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR