İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan "sülh planı" ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI - VİDEO

2593 22.11.2025 22:22 Siyasət A A

ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibəyə dair Vaşinqtonun təklif etdiyi "sülh planının" yekun variant olmadığını bildirib.

Musavat.com xəbər verir ki, o, bu barədə mətbuat konfransı zamanı jurnalistlərin sualına cavab olaraq danışıb.

Trampdan Ukrayna münaqişəsinin həllinə dair təklifinin son variant olub-olmadığı soruşulub.

O, cavab verib: "Xeyr, hələ yox. Xeyr, biz sülh istəyirik. Bu, çoxdan baş verməli idi. Ukraynanın Rusiya ilə müharibəsi heç vaxt baş verməməli idi. Mən prezident olsaydım, heç vaxt başlamazdı. Biz buna son qoymağa çalışırıq. Bu və ya digər şəkildə, biz buna son qoymalıyıq".

Ukrayna prezidenti Volodimir Zelenski Amerika planı ilə razılaşmasa nə baş verəcəyi soruşulduqda, Tramp bildirib ki, Ukrayna lideri bundan sonra "bütün qəlbi ilə" döyüşməyə davam edə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR