İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan Süleymani haqqında şok sözlər: “Yaxşı ki öldü, yoxsa…”

1549 18.01.2026 02:00 Dünya A A

İranın regiondakı mövqeyi ilə bağlı Ağ Evdən sensasion açıqlama gəlib.

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp iranlı general Qasem Soleimani barədə danışarkən onun ölümünün İranın regional təsirinə ciddi zərbə vurduğunu bildirib.

Trampın sözlərinə görə, Süleymani sağ qalsaydı, Yaxın Şərqdə güc balansı tamamilə fərqli ola bilərdi:

“İranın regional təsiri Süleymaninin ölümü ilə azaldı. O, çox güclü general idi. Əgər sağ olsaydı, İran indi belə olmazdı. Yaxşıdır ki, sağ deyil. Amma həqiqətən güclü və ağıllı şəxs idi.”

ABŞ prezidentinin bu açıqlaması Vaşinqton–Tehran qarşıdurması fonunda İranın bölgədə zəifləyən mövqeyi ilə bağlı müzakirələri yenidən alovlandırıb. Analitiklər Trampın bu sözlərini həm açıq etiraf, həm də Tehrana yönəlmiş siyasi mesaj kimi qiymətləndirirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR