İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan sensasion əminlik: həm Putin, həm də Zelenski…

912 06.07.2026 20:22 Dünya A A

ABŞ Prezidenti Donald Tramp əmindir ki, həm Moskva, həm də Kiyev Ukraynadakı münaqişəni həll etməyə sadiqdir. Musavat.com bu barədə TASS-a istinadən xəbər verir.

“Prezident Putin bunun sona çatmasını istəyir. Bunu sizə çox qəti şəkildə deyirəm", – Amerika lideri Ağ Evdə jurnalistlərlə Ukrayna ətrafındakı vəziyyəti müzakirə edərkən bildirib. Eyni zamanda, Tramp iyulun 4-də Putinlə baş tutan telefon danışığı barədə müsbət fikirlər səsləndirib. ABŞ prezidenti "Yaxşı telefon danışığı idi", – deyə qeyd edib.

O, buna son qoymaq istəyir. Ukrayna da buna son qoymaq istəyir. Biz isə danışıqlar aparırıq", – deyə Tramp qeyd edib. ABŞ prezidenti vurğulayıb ki, “Zelenski də əslində bunun indi bitməsini istəyir".

"Biz NATO sammitinə gedəcəyik və orada bu barədə danışacağıq", – deyə Tramp bildirib. ABŞ lideri əlavə edib. "Düşünürəm ki, biz buna (Ukraynada nizamlanmaya) nail olacağıq", - Ağ Ev lideri əminliklə vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR