ABŞ prezidenti Donald Tramp Ağ Evin bal zalının əvvəlcə elan olunan məbləğdən iki dəfə baha başa gəlməsinin səbəbini soruşan jurnalisti "axmaq" adlandırıb.
Musavat.com xəbər verir ki, məlumatı CBS News X-də yayıb.
"Mən bal zalının ölçüsünü ikiqat artırdım, axmaq adam", - Tramp tikintinin büdcədən aşağı və vaxtından əvvəl aparıldığını qeyd edərək deyib.
2025-ci ilin dekabr ayında CBS News Milli Park Xidmətinə (NPS) istinadən məlumat yayıb ki, Ağ Evin şərq tərəfindəki 300 milyon dollarlıq bal zalının 2028-ci ilin yayında tamamlanması planlaşdırılır. Yeni zalda 650 nəfərə qədər adam yerləşə biləcək. Əvvəllər bildirildiyi kimi, tikintinin Trampın prezidentliyinin sonuna qədər başa çatması gözlənilir.
Musavat.com






