İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: "Ukrayna il yarım ərzində məhv edilə bilər"

533 28.03.2023 12:47 Son xəbər A A

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hesab edir ki, əgər münaqişə həll olunmasa, Ukrayna il yarım ərzində məhv edilə bilər.

Musavat.com xəbər verir ki, belə bir açıqlama ilə o, bazar ertəsi Fox News-a müsahibəsində deyib.

Tramp deyib ki, Ukrayna böhranı 2024-cü ildə ABŞ prezidenti seçilənədək “həll olunmaya bilər” və hazırkı Amerika lideri Co Baydenin administrasiyasının siyasəti “üçüncü dünya müharibəsi” ilə təhdid edir. “Əgər problem həll olunmasa, mən bunu Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə 24 saat ərzində edə bilərəm. Bunlar çox sadə danışıqlar olardı, lakin mən onların mahiyyətini açıqlamayacağam, çünki mən bu danışıqlardan istifadə edə bilməyəcəm, nəticə verməyəcək”, - Tramp bildirib.

“Bu müddət ərzində nə baş verə biləcəyini təsəvvür edə bilmirəm", - deyə respublikaçı siyasətçi davam edib: “Əsas odur ki, müharibə dayandırılmalıdır, çünki Ukrayna məhv edilir” .

Bundan əvvəl Tramp dəfələrlə bəyan edib ki, ABŞ prezidenti Co Bayden Ukrayna ilə bağlı siyasəti ilə bəşəriyyəti üçüncü dünya müharibəsinə sövq edə bilər.

Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR