İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp seçilsə, NATO necə olacaq? – Alyansda böyük əndişə

389 04.02.2024 18:43 Dünya A A

NATO ölkələrinin, o cümlədən Almaniyanın nümayəndələri blokdan çıxmaqla hədələyən Donald Trampın yenidən ABŞ prezidenti olacağı təqdirdə alyansın yaşaya bilib-bilməyəcəyi barədə qeyri-rəsmi müzakirələrə başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə mötəbər mənbələrə istinadən “The New York Times” (NYT) məlumat yayıb.

Onların sözlərinə görə, NATO ölkələri Trampın rəhbərliyi altında alyansın perspektivlərini qeyri-rəsmi şəkildə müzakirə edirlər. Onlar xüsusilə Birləşmiş Ştatların alyansda “mərkəzi mövqe tutmayacağı” təqdirdə nə baş verəcəyindən narahatdırlar.

Nəşr onu da yazır ki, Almaniyanın hökumət dairələrində Ukrayna münaqişəsi fonunda NATO-nun dağılmasının Rusiya üçün “ən yaxşı strateji nəticə” olacağı fikri var.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR