İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp prezident olsa, ABŞ-ı NATO-dan çıxara bilər – Avropada ƏNDİŞƏ

523 10.12.2023 12:31 Dünya A A

2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində ABŞ-ın keçmiş prezidenti Donald Trampın qələbəsi ölkənin NATO-dan çıxmasına səbəb ola bilər.

Musavat.com xəbər verir ki, bu fikir şənbə günü “The New York Times” qəzetinin məqaləsində yer alıb.

Qəzetin yazdığına görə, diplomatlar arasında, eləcə də NATO ölkələrinin hökumətlərində “Trampın qayıdışının təkcə Ukraynanın tərk edilməsi deyil, həm də Amerikanın NATO-dan çıxması, Avropa qitəsindən ayrılması və ölkənin dağıdılması anlamına gələ biləcəyi ilə bağlı narahatlıq artır.

“Avropada Trampın ikinci prezidentliyinin ABŞ-ın NATO-dan çıxmasına səbəb olacağından qorxurlar”, – nəşr Avropadakı müttəfiq qüvvələrin keçmiş ali baş komandanı, ABŞ hərbi dəniz qüvvələrinin istefada olan admiralı Ceyms Stavridisdən sitat gətirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR