İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Maskdan PUL istədi

583 06.03.2024 12:58 Dünya A A

ABŞ-ın keçmiş prezidenti Donald Tramp amerikalı ixtiraçı, sahibkar İlon Maskla görüşüb.

Musavat.com xəbər verir ki, görüşün təfərrüatı barədə məlumat verilməsə də, Trampın Maskdan pul istədiyi bildirilir.

Məlumata əsasən, son vaxtlar “maliyyə çatışmazlığı ilə üzləşən” sabiq prezident öz şirkətini maliyyələşdirmək üçün donorları cəlb etməyə çalışmaqdadır.

“The New York Times” qəzetinin yazdığına görə, Mask Trampın şirkətinə töhfə verib-verməmək barədə qərar verməyib. Lakin İlon Maskın sosial şəbəkələrdəki son paylaşımları onun ABŞ prezidenti Co Baydenin noyabrda getməsini istədiyini göstərir.

“Forbes”ə görə, təxminən 200 milyard dollarlıq xalis sərvəti ilə Mask Trampı dəstəkləmək qərarına gəlsə, Bayden və müttəfiqlərinin ABŞ-ın keçmiş prezidenti üzərində böyük maliyyə üstünlüyünü heçə endirə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR