İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp iki ştatda seçkidən uzaqlaşdırıldığına görə bunu edəcək

417 03.01.2024 19:55 Dünya A A

ABŞ-nin keçmiş prezidenti Donald Tramp ona qarşı verilən qərardan şikayət edəcək.

Musavat.com "Euronews"a istinadən xəbər verir ki, Donald Tramp Men ştatında prezident seçkisində iştirakdan uzaqlaşdırılmasına etiraz edib. Apellyasiya şikayəti ştatın Ali Məhkəməsinə verilib və ona yanvarın 17-də baxılması planlaşdırılır. Etiraz təmin olunmasa, ABŞ Ali Məhkəməsinə göndərilə bilər. Eks-prezidentin vəkilləri bildiriblər ki, ştatın baş katibi Şenna Bellovsun Trampın seçkidən kənarlaşdırılması ilə bağlı qərar qəbul etmək səlahiyyəti yoxdur.
Onlar vurğulayıblar ki, siyasətçi iğtişaşları qızışdırmayıb, heç vaxt Konstitusiyanı “saxlamaq” üçün and içməyib və dövlət katibinin istinad etdiyi konstitusiya dəyişikliyinin tələb etdiyi kimi dövlət işçisi olmayıb.

Bellovs Trampı kənarlaşdırmaq qərarını onun 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumdakı rolu ilə əlaqələndirib. Onun sözlərinə görə, o, “üsyanda iştirak edənlərin” vəzifə tutmasını qadağan edən qanunu pozub.

Bundan əvvəl Trampı Kolorado ştatının Ali Məhkəməsi ilkin seçkilərdə iştirakdan məhrum etmişdi. Eks-prezident həm də bu hökmdən apellyasiya şikayəti verməyə hazırlaşır.


Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR