Məşhur müğənni Teylor Svift və amerikalı futbolçu Travis Kelcen toy hazırlığına başlayıb.
Cütlük toy mərasimini "Madison Square Garden" arenasında keçirməyi planlaşdırır.
Məlumata görə, onlar iyulun əvvəlində həftəsonlarından birində Nyu-Yorkda ailə qurmağı düşünürlər. Mənbələrin bildirdiyinə əsasən, məkanın seçilməsi əsasən məxfilik və təhlükəsizlik səbəbləri ilə bağlıdır.
İnsayderlərin sözlərinə görə, qonaqlar mərasim məkanına xüsusi qapalı avtobuslarla gətiriləcək. Arenanın çoxsaylı giriş-çıxışları və yüksək təhlükəsizlik sistemi sayəsində tədbirin mediadan uzaq keçirilməsi nəzərdə tutulur.
Qeyd olunub ki, arenanın təqvimində iyunun 29-dan iyulun 6-dək heç bir tədbir nəzərdə tutulmayıb. Bu isə yayılan iddiaları daha da gücləndirib.
Xatırladaq ki, Teylor Svift karyerası ərzində "Madison Square Garden" arenasında səkkiz dəfə konsert verib. (Axşam.az)






