İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İrana hava zərbələri endirdi

1043 27.06.2026 00:51 Dünya A A

İranın cənubunda güclü partlayışlar: liman infrastrukturu hədəfə alındı

ABŞ ordusu İrana hava zərbələri endirdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı zərbələrin Hörmüz boğazından keçən ticarət gəmisinə hücuma cavab olaraq həyata keçirildiyini bildirib.

Açıqlamada “Hörmüz boğazından keçən ticarət gəmisinə dünən edilən hücuma güclü cavab verdik” ifadəsi yer alıb.

Məlumata görə, zərbələr İran ərazisindəki bir sıra hərbi hədəflərə yönəlib. 

***

İranın Sirik şəhərində, Hörmüz boğazının girişinə yaxın ərazidə yerləşən Taherui limanı istiqamətində güclü partlayışlar baş verib.

Musavat.com xəbər verir ki, bu barədə İranın dövlət teleradio qurumu IRIB məlumat yayıb.

Məlumata görə, partlayışlar Bakı vaxtı ilə saat 23:45 radələrində Taherui limanının körpüsü ətrafında qeydə alınıb. Hərbi mənbə partlayışlara səbəb kimi mərmilərin körpü ərazisinə düşməsini göstərib.

Mənbənin sözlərinə görə, bundan təxminən beş saat əvvəl İran hərbçiləri Hörmüz boğazında “qayda pozan gəmilər”ə qarşı bir neçə xəbərdarlıq atəşi açıb. Bundan başqa, daha əvvəl Kerpan bölgəsindən boğaz istiqamətində iki xəbərdarlıq raketi buraxılıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR