Müğənni bacılar Sevil-Sevinc Səfərovalar sosial şəbəkədə paylaşdıqları yeni görüntülərlə izləyicilərin marağına səbəb olublar.
Əkizlər istirahət etdikləri məkanlardan lentə alınan anları izləyiciləri ilə bölüşüblər. Paylaşılan kadrlarda bacıların səmimi əhval-ruhiyyəsi və birlikdə keçirdikləri xoş anlar diqqət çəkib.
Görüntülərdə Sevil-Sevinc Səfərovaların canlı ifaları da yer alıb. Onların səsləndirdiyi mahnılar sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb və müzakirələrə səbəb olub.
Paylaşım qısa zamanda çoxsaylı baxış, bəyənmə və şərhlər toplayaraq izləyicilər arasında geniş rezonans doğurub./NOCOMMENT.az






