İnsanlara hürriyət, millətlərə istiqlal!

"Yayın günündə buranı su basıb, biabırçılıqdır" - VİDEO

678 21.07.2026 14:26 Ölkə A A

Prodüser Tarix Əliyev (Tolik) "Amay" Ticarət Mərkəzi ilə bağlı paylaşım edib.

Musavat.com xəbər verir ki, o, sosial şəbəkədə yayımladığı videoda ticarət mərkəzinin qarşısındakı dayanacaqda yaranan vəziyyəti tənqid edib.

Prodüser bildirib ki, ərazini su basıb və antisanitar şərait hökm sürür:

""Amay"ın altındakı dayanacağa baxdım, ürəyim ağrıdı. Yayın günündə buranı su basıb. O tərəflərə baxanda adam qorxur. Bu bina bu qədər icarəyə verilib, "ASAN Xidmət"in binası var. Belə şey olar? Bu nə antisanitariya, biabırçılıqdır? Buranın rəhbərliyi hara baxır?"

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR