İnsanlara hürriyət, millətlərə istiqlal!

Toy karvanında "avtoş"luq etdi, həbs olundu - VİDEO

717 29.04.2023 21:13 Hadisə A A

Göygöldə toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Musavat.com-a bildirilib ki, Göygöl rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində toy karvanında avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb.

Araşdırmalar zamanı rayon sakini Kənan Rzayevin “Hyundai” markalı avtomobil ilə toy karvanında intizamsızlıq etməsi, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi, digər hərəkət iştirakçılarına təhlükə yaratması məlum olub.

Həmin şəxs saxlanılaraq barəsində protokol tərtib edilərək baxılması üçün Göygöl rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə K. Rzayev 20 sutka müddətinə inzibati qaydada həbs edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR