İnsanlara hürriyət, millətlərə istiqlal!

Tolik Türkiyə universitetinə daxil oldu, indi də siyasətçi olacaq - FOTO

2638 17.09.2023 17:02 Şou-biznes A A

Aparıcı-prodüser Tarix Əliyev (Tolik) İstanbul Universitetinin tələbə adını qazanıb.

Musavat.com bildirir ki, bu barədə Tarix Əliyevin özü sosial şəbəkədə məlumat yayıb.

Tarix Əliyev aparıcı və prodüser kimi çalışsa da, hər zaman siyasətlə çox maraqlandığını, bunun üçün də İstanbul Universitetinin siyasət üzrə fakültəsinə daxil olduğunu deyib:

"Hətta Almaniyada yaşadığım 2 il ərzində DAK (Dünya Azərbaycanlıları Konqresi) və həmin vaxt Paltalik adlanan sosial şəbəkə var idi ki, orada siyasi qruplarda çox aktiv olmuşam, siyasətə marağım hər zaman olub.

Nəhayət ki, bu il qərar verdim və İstanbul Universitetinin "Siyasət bilimi və kamu yönətimi" fakültəsinin tələbəsi oldum. İnşallah, bəlkə gələcəkdə siyasətçi oldum".

Xalidə Gəray,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR