İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiqran Abramyan: “Ermənistan və Qarabağ ətrafında hərbi-siyasi gərginlik zirvə nöqtəsinə yaxınlaşır”  

897 08.09.2023 13:00 Region A A


Ermənistan və Qarabağ ətrafında hərbi-siyasi gərginlik zirvə nöqtəsinə yaxınlaşır, bundan sonra ya partlayacaq, ya da tədricən azalacaq.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin üzvü Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

"Azərbaycanın siyasi ritorikası kəskin şəkildə sərtləşib - açıq-aşkar tələsirlər. Onlar Azərbaycan-Ermənistan danışıqlarında məsələlərin 70%-i üzrə razılığın olduğunu iddia edirlər. Lakin bu, vəziyyətin sülh yolu ilə və ya Ermənistanın maraqları çərçivəsində həll olunması anlamına gəlməz.

Əgər Azərbaycan fundamentalist mövqeyini dəyişməsə, bu ya müharibəyə, ya da Ermənistanın böyük güzəştlərə getməsinə gətirib çıxaracaq.

Ermənistan hökuməti Qarabağdan və onun ətrafında baş verən proseslərdən nə qədər uzaqlaşmağa çalışırsa, vəziyyətin özü Ermənistanı həmin meydana sürükləyir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR