İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiqran Abramyan: “DQR” hakimiyyəti Paşinyanla əlbir olub Qarabağı təslim edir

748 16.05.2023 18:35 Region A A

Paşinyan Qarabağı təslim etməyə çalışır və “Artsax” (rus sülhməramlılarının nəzarət etdiyi ərazidə hakimiyyətini elan edən qondarma, oyuncaq quruma verilən ad-red.) hakimiyyəti bu prosesdə iştirak edir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikir Ermənistan parlamentinin deputatı, “Şərəf duyuram” fraksiyasının katibi Tiqran Abramyan tərəfindən səslənib.

“Artsax” hakimiyyəti, bir neçə fiqur istisna olmaqla, Paşinyanın Qarabağ məsələsində biabırçı kursuna heç bir ciddi cavab verməyib. Cəmiyyətin müxtəlif qrupları tərəfindən Paşinyan haqqında sərt şərhlərə baxmayaraq, yerli “hakimiyyət” Qarabağın Paşinyan tərəfindən təslim edilməsi prosesini dəstəkləməkdə davam edir. Burdan yalnız bir nəticə çıxarmaq mümkündür – “Artsax” hakimiyyəti Paşinyanın yeritdiyi kursu bölüşür və bu müddət ərzində qeydə alınan bütün xəyanətlərin ortağıdır”, - deyə, Tiqran Abramyan öz facebook səhifəsində yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR