İnsanlara hürriyət, millətlərə istiqlal!

TikTok-u qadağan edən qanun layihəsi ABŞ-da dəstəklənir

372 14.03.2024 10:52 Dünya A A

ABŞ Konqresinin aşağı palatası TikTok sosial şəbəkəsinin Amerika şirkətinə satılmayacağı təqdirdə qadağan edilməsinə səs verib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, qanunvericilər sosial şəbəkənin sahibi olan ByteDance-ə onu satmaq üçün altı ay vaxt verməyi təklif edirlər.

Təşəbbüs platformanın Çinin nəzarətində olan istənilən qurumla əlaqələrini kəsmək məqsədi daşıyır.

Qanun layihəsinin lehinə 352, əleyhinə 65 deputat çıxış edib. Daha sonra sənəd baxılmaq üçün Senata göndəriləcək.

Prezident Cozef Bayden daha əvvəl qanun layihəsinin qanunvericilər tərəfindən təsdiqlənəcəyi təqdirdə onu imzalayacağını bildirib.

Qısa videolar yükləməyə imkan verən TikTok sosial şəbəkəsi 2017-ci ildə, beynəlxalq versiyası isə 2018-ci ilin avqustunda istifadəyə verilib. Əvvəllər Amerika administrasiyasının nümayəndələri dəfələrlə belə fikirlər səsləndiriblər ki, Çinin bu sosial şəbəkəsi ABŞ üçün təhlükə yaradır, ona görə də bu və ya digər şəkildə aradan qaldırılmalıdır.

Vaşinqtonun fikrincə, Çin hakimiyyət orqanları və kəşfiyyat xidmətləri bu sosial şəbəkədən istifadə etməklə, o cümlədən ABŞ-da məlumat toplaya bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR