İnsanlara hürriyət, millətlərə istiqlal!

“TikTok” Türkiyədə məzmun siyasətinə yenidən baxacağına söz verib

328 08.12.2023 14:33 Dünya A A


“TikTok” sosial şəbəkəsi Türkiyədə məzmun siyasətinə yenidən baxacaq və yerli əxlaq, mənəvi dəyərlərin xüsusiyyətlərini nəzərə alacağına söz verib.

Musavat.com xəbər verir ki, bu barədə “Milliyet” qəzeti məlumat yayıb.

Qəzetin xəbərinə görə,  "TikTok"un respublika üzrə rəsmi nümayəndəsi Emir Gelen parlamentin komissiyasında çıxışı zamanı bununla bağlı müvafiq çıxış edib.

Qeyd edək ki, “TikTok”la bağlı yerli hakimiyyət orqanlarına çoxsaylı şikayətlər edilir. Bu səbəbdən Emir Gelen Türkiyə parlamentinə dəvət olunub. Hakim Ədalət və İnkişaf Partiyasının deputatı və parlamentin rəqəmsal media üzrə komissiyasının rəhbəri Hyseyin Yaymanın sözlərinə görə, bloggerlərin fəaliyyəti son vaxtlar “milli təhlükəsizlik məsələsinə” çevrilib. Deputatlar bloqqerlər üzərində maliyyə və vergi nəzarətinin tətbiqini zəruri hesab edirlər. Yaimanın bildirdiyinə əsasən, “TikTok”un Türkiyədə 30 milyona yaxın istifadəçisi var, buna görə də sosial şəbəkə idarəçiləri “türk cəmiyyətinin mənəvi dəyərlərinə” hörmət etməlidirlər.

“TikTok” nümayəndəsi bildirib ki, onun şirkəti çirkli pulların yuyulması və qeyri-qanuni yollarla pul qazanması ilə mübarizə tədbirləri görür və bu məqsədlə xüsusi proqram hazırlanıb. Məzmun siyasətinə yenidən baxılması məsələsi ilə bağlı yerli hakimiyyət orqanları, QHT-lər və akademik qurumlarla məsləhətləşmələr aparılır.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya hazırda 600-dən çox “TikTok” hesabında nalayiq məzmuna görə yoxlama aparıldığını söyləyib. Bunun nəticəsində 13 nəfər saxlanılıb, 14 nəfər barəsində isə ölkə hüdudlarından kənara çıxarılması ilə bağlı prosedur həyata keçirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR