İnsanlara hürriyət, millətlərə istiqlal!

Tibetli mühacirlərin yürüşü Çin rəhbərliyini qəzəbləndirib

429 12.03.2024 13:13 Dünya A A

Tibetdə Dalay Lamanın tərəfdarları ilə Çin əsgərləri arasında toqquşmaların başlamasının 65-ci ildönümündə tibetlilər Dehlidə parlamentin yaxınlığında, həmçinin Dalay Lamanın sürgündə yaşadığı Dharamsala (Hindistan) şəhərində anti-Çin şüarları ilə nümayiş keçiriblər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bilindiyi kimi, 65 il öncə tibetlilərin üsyanı uğursuzluqla nəticələnib və tibetlilərin ruhani lideri Dalay Lama on minlərlə mömin tərəfdarıyla birlikdə Hindistana qaçmalı olub.

Beynəlxalq media qurumlarının məlumatına görə, bir neçə yüz nəfər Tibet bayraqları və Dalay Lamanın fotosu ilə Yeni Dehlidəki parlament binasının önünə gəlib və sloqan səsləndiriblər: “Tibet heç vaxt Çinin tərkibində olmayıb, Çin Tibeti tərk etməlidir”.

Qərb mediası qeyd edir ki, əvvəllər Dehli belə yürüşlərə icazə verməyib, ancaq amma bu dəfə etirazçılara mane olmayıb.

Dalay Lamanın özünə gəlincə, o, Çinin ittihamını rədd edir və separatçı olmadığını bildirir. O, yalnız buddizmin Tibet qolunu qorumaq üçün Tibetə əhəmiyyətli muxtariyyət verilməsinin tərəfdarı olduğunu deyir.

Xəbər verilir ki, parlamentə yürüşü Tibet Gənclər Konqresi qrupu təşkil edib. Qrup bəyan edib ki, 1959-cu ildə Çin kommunist rejimi Tibetin işğalını rəsmiləşdirib, nəticədə həmin il üsyan başlayıb.

Hindistan komandanlığının 10 min əsgəri Pakistanla sərhəddən Himalaya birbaşa bitişik olan ştatlara köçürməsi, eləcə də tibetlilərin aksiyası Pekinin narazılığına səbəb olub.

Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Ninq bu mövzuda danışaraq deyib. “Çin sərhəd bölgələrində sülh və sabitliyin qorunmasına sadiqdir. Hindistanın hərəkətləri sülhün qorunması və gərginliyin azaldılması üçün əlverişli deyil".

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR